İranda daha 9 məhkum edam edildi

İranın Rudan, Ərak, Şiraz və Zahidan şəhərlərinin zindanlarında son 3 gün ərzində 9 məhkum edam edilib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, onlar narkotik maddələrin alveri və adam öldürməkdə təqsirləndiriliblər.

Edam edilənlərdən biri Miraxan Məhəmmədi adlı 26 yaşlı Əfqanistan vətəndaşıdır.

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, 2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfəri edam edilib.

Gunaz TV