Ermənistanda hərbi hissədə yanğın: azı 15 hərbçi ölüb
Yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin Geqarkunik rayonunun Azat kəndi ərazisində yerləşən mühəndis-istehkamçı rotasının sığınacağında yanğın baş verib.
Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi xəbər verir ki, yanğın nəticəsində 15 hərbçi həlak olub.
Yaralılar var, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Hərbi qulluqçuların məlumatları dəqiqləşdirilir.
Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, hərbi hissənin ərazisində yanğın baş verməsi barədə siqnal saat 01:15-də daxil olub. Yanğın saat 02:58-də lokallaşdırılıb, saat 06:33-də söndürülüb.
İlkin məlumatlara görə, yanğın sobaya benzin tökülməsi zamanı baş verib.
Məlum olub ki, kazarmada odun sobası quraşdırılıb. Güclü yanğın baş verən zaman həyətdə növbətçi olub, şəxsi heyət isə otaqda yatıb.
Alov çox güclü olduğundan yatmış əsgərlərin bəziləri yanıb, çıxmaq istəyənlərə isə girişdəki alov mane olub. Hərbi hissənin hərbçiləri içəridəkilərin köməyinə gəlsələr də, onlar da yanğının qurbanı olublar.
Basta