İran da Rusiyadan üz döndərir
İran Ukraynanın ilhaq edilmiş ərazilərini Rusiya kimi tanımır. Bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyənin TRT World telekanalına müsahibəsində deyib.
“Biz beynəlxalq hüquq çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyırıq və bu səbəbdən Tehran və Moskva arasında əla münasibətlərə baxmayaraq, Krımın Ukraynadan ayrılmasını tanımırıq. Biz Luqansk və Donetskin Ukraynadan ayrılmasını tanımırdıq”, – deyə İran XİN rəhbəri bildirib.
Rusiya Krımı 2014-cü ildə ilhaq edib. 2022-ci ildə Ukraynanın işğalı zamanı Rusiya hakimiyyəti Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin ilhaqını elan edib. Kiyev hesab edir ki, Rusiyanın nəzarətində olan ərazilər müvəqqəti olaraq işğal olunub.
Rusiya silahlı qüvvələri Ukraynaya müdaxilə zamanı İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə edir. Tehran bir neçə aydır ki, Moskvaya pilotsuz təyyarələr göndərdiyini təkzib edib, lakin 2022-ci ilin noyabrında İranın xarici işlər naziri bunu ilk dəfə təsdiqləyib. O, müharibə başlamazdan əvvəl Rusiyaya az sayda pilotsuz təyyarə göndərdiklərini deyib.
Basta