Fulya Öztürk: “Dağıntılar altında qalan cənazələr iylənməyə başlayıb”

 

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı
Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 14-də hökumətin iclasından sonra mətbuata verdiyi açıqlamada bildirib.

Ərdoğan yaralıların sayının 100 mini keçdiyini, onlardan 13 208-i xəstəxanalarda müalicə aldığını qeyd edib.

Minlərlə cəsədin hələ dağıntılar altında qaldığı bildirilir. Tanınmış jurnalist, “SNN Türk” müxbiri Fulya Öztürk dağıntılar altından cənazələrin iylənməyə başladığını bildirib.

Basta