Müsavat başqanı Azərbaycanı inkişafdan saxlayan əsas amillərdən yazdı

Demokratik azadlıqların məhdudlaşdırılması, azad seçkilərin keçirilməməsi, insan haqlarının pozulması, siyasi məhbusların mövcudluğu Qarabağ problemi də daxil olmaqla bütün ümummilli problemlərimizin həllinə mane olan, Azərbaycanı inkişafdan saxlayan əsas amillərdir.

Belə davranış, qabaqcıl dünya dövlətlərinin inkişafını təmin edən dəyərlərdən imtina edilməsi Azərbaycanımızı addım-addım məhvə doğru aparır.
Təbii olaraq opponentlərimiz bu naqislikdən dövlətimizə və xalqımıza qarşı daim istifadə edir və edəcəklər.

Təkadamın hakimiyyət və alternativsizlik hərisliyi xalqımızın iradəsi, ordumuzun canı, qanı bahasına döyüş meydanında əldə etdiyimiz qələbənin danışıqlar masası arxasında təsdiq edilməsinə imkan vermir.

 

Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb