Qarabağda talon sistemi ləğv edildi

Qarabağda ərzaq və zəruri mallar üçün  talonların verilməsi müvəqqəti dayandırılıb.

Bu haqda “Haykakan jamanax” qəzeti Xankəndidəki mənbəyə istinadən məlumat yayıb.

Qarabağda yataqların qanunsuz istismarına etiraz olaraq Laçın yolunda azərbaycanlıların artıq üçüncü aydır fasiləsiz davam etdirdikləri aksiyaya cavab olaraq, erməni tərəfi Azərbaycanı “humanitar fəlakətə” gətirib çıxaran blokada yaratmaqda ittiham edir. Qarabağda əhalinin guya ac qaldığı, vəziyyəti tənzimləmək üçün talon sisteminə keçildiyi iddia edilirdi. Laçın yolu bağlı olmadığı üçün Qarabağda ərzaq qıtlığı yoxdur və talon sisteminə də ehtiyac qalmır.

Basta