ABŞ Ukraynaya daha 2 milyard dollarlıq silah-sursat göndərir – Siyahı

Fevralın 24-də, Rusiyanın işğalının ildönümündə ABŞ Ukraynaya daha 2 milyard dollarlıq yardım paketini elan edib.

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Amerika Ukraynanın Rusiya təcavüzünü dəf etmək qabiliyyətini gücləndirmək üçün əlavə İHA-lar, dron və elektron sistemlər, artilleriya və digər zərusi silah-sursat göndərəcək.

Paketə aşğıdakılar daxildir:

-HIMARS üçün döyüş sursatı;
-155 mm-lik artilleriya mərmiləri;
-lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları;
-dronlar, o cümlədən CyberLux K8, Switchblade 600, Altius-600 və Jump 20 UAS;
-dron əleyhinə avadanlıq;
-elektron müharibə vasitələri.

Xatırladaq ki, cəmi dörd gün əvvəl, fevralın 20-də ABŞ prezidenti Co Bayden Kiyevdə olarkən Rusiya işğalçılarına qarşı mübarizədə Ukraynaya yardım paketi açıqlamışdı. 500 milyon dollarlıq həmin paketə HIMARS üçün raketlər,  haubitsalar, ciritlər, tank əleyhinə sistemlər, hava nəzarət sistemləri də daxildir.

Bayden həmçinin bildirib ki, ABŞ Ukraynaya 700-dən çox tank, minlərlə zirehli texnika, min artilleriya sistemi, 2 milyondan çox artilleriya mərmisi təqdim edəcək.

Basta