Müsavat Məclisinin sessiyası keçiriləcək
Fevralın 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda görülən işlər barədə məlumat dinlənilib və təşkilayi məsələlər müzakirə olunub.
Ölkədə və dünyada gedən proseslər, o cümlədən Qarabağda son durum və Ukraynada müharibə mövzusunda fikir mübadiləsi aparılıb.
Martın 11-də saat 11 Müsavat Partiyası Məclisinin sessiyasının keçirilməsi barədə qərar qəbul olunub.
Sonda cari məsələlər müzakirə olunub.