“Avroviziya-2023″də Azərbaycanı Zaqatala əkizləri təmsil edəcək

“Avroviziya-2023” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək.

Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.

“Avroviziya-2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.