İranda çərşənbə şənliklərində yüzlərlə insan xəsarət alıb
İran hakimiyyətinin xəbərdarlıqları və tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, martın 13-dən 14-ə keçən gecə müxtəlif şəhərlərdə mərasimlər keçirilib.
Son rəsmi məlumatlara görə, şənliklər zamanı 1860 nəfər yaralanıb.
İran Təcili Yardım Mərkəzinin başçısı Cəfər Miyadfərin mediaya verdiyi məlumata görə, 546 nəfər göz nahiyəsindən xəsarət alıb, 126 nəfərin müxtəlif bədən üzvləri amputasiya edilib.
O, ən çox yaralanan vətəndaşlarınsıra ilə Tehranda 219, Qərbi Azərbaycan əyalətində 219 və Şərqi Azərbaycan əyalətində isə 157 nəfər olduğunu deyib.
İnsan haqları təşkilatları şənlik mərasimlərinə qatılan onlarla vətəndaşın həbs edildiyi barədə məlumatlar yayıblar.
Hökumət rəsmiləri isə həbs edilənlərin ictimai asayişi pozduqlarını və ümumi əmlaka ziyan vurduqlarını iddia edib.
Günaz.TV