Vaqif Hacıbəylidən təklif
“İllər uzunu təblig etdiyimiz bu ideyalar artıq dövlət rəsmiləri tərəfindən səslənir”.
Bunu müxalif siyasətçi Vaqif Hacıbəyli ölkə başçısının köməkçisi
Hikmət Hacıyevin “əgər Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün hansısa “status” tələb etməyə davam edərsə, o zaman Azərbaycan da Ermənistandan didərgin düşmüş qərbi azərbaycanlılara Ermənistanın status verməsi məsələsini qaldıracaq” fikrini şərh edərkən deyib.
“Deməli, bu mövzuda vahid ümummilli mövqenin rəsmiləşdirilməsi üçün münbit ictimai-siyasi mühit yaranıb” – deyə, Vaqif Hacıbeyli qeyd edib.
Vaqif Hacıbəyli təklif edib ki, Qarabağda yaranan mövcud vəziyyət Milli Məclisdə ictimai – siyasi qüvvələrin geniş iştirakı ilə müzakirə edilsin: “Həmin müzakirələr əsasında qaçqın soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı ilə bağlı konsepsiyanı qəbul etməklə yanaşı, bir sıra vacib məsələlər, o cümlədən Qarabağda yerləşən Rusiya hərbi birləşməsinin ölkədən çıxarılması, erməni hərbi birləşmələrinin tərksilah edilməsi ilə bağlı müvafiq qərarlar verilsin”.
Basta