Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

Güney Azərbaycanın Qəzvin mahalından olan və etiraz aksiyalarında öldürülən Cavad Heydərinin bacısı Fatimə Heydəri işdən çıxarılıb.

Bu barədə o, özünün sosial media hesabında etdiyi paylaşımda məlumat verib.

“Bu qədər alçaq və rəzilsiniz. İşim bir yana, bütün həyatımı qardaşımın qısasını almaq üçün qurban verməyə hazıram”,- Fatimə Heydəri yazıb.

Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.

Hökumət onun ölüm səbəbini saxtalaşdırmaq istəyir və məsələnin ictimailəşdirilməməsi üçün ailəsinə təzyiq edir.

Bundan bir neçə gün öncə ailənin başqa üzvü, Cavad Heydərinin digər qardaşı Höccət Heydəri də həbs edilib və ailəyə yaxın 15 nəfər barədə cinayət işi açılıb.

 

Günaz.TV