Mirzoyan: “Ermənistan bütün yolların açılmasına razıdır, bir şərtlə ki…”

Ermənistan ilə Azərbaycan arasında danışıqların ayrı-ayrı istiqamətləri var: birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin yaradılması.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Morzoyan mətbuata müsahibəsində bildirib. Mirziyanın sözlərinə görə, Ermənistan bütün kommunikasiyaları açmağa hazırdır, bir şərtlə ki, yolllar hansı ölkənin ərazisindən keçirsə, həmin ölkənin nəzarətində olsun. Ermənistan rəsmisi iddia edib ki, Azərbaycan yolların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında işləməsi ilə razılaşmır. Mirzoyan digər məsələlərlə bağlı indiyədək razılığa gəlinməməsini Azərbaycanın “aqresiv mövqeyi” ilə əlaqələndirib.

Qeyd edək ki, Mirzoyanın açıqlamalarının əksinə olaraq, Ermənistan Laçın dəhlizinin nəinki Azərbaycanın yurisdiksiyası altında olmasına, hətta orada adi bir nəzarət-keçid məntəqəsi qurulmasına razılıq vermir.

Basta