Müsavat Divanının gündəliyi

Aprelin 3-də  Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Müsavat başqanı Arif Hacılı, onun müavini Səxavət Soltanlı və Məclis üzvü Ayxan Hacıbəylinin Gürcüstana səfəri və beynəlxalq tədbirdə iştirakı barədə məlumat verilib. Sonra təşkilati məsələlər müzakirə olunub.

İclasda Azərbaycandakı ictimai siyasi vəziyyət müzakirə olunub. Qeyd edilib ki, xarici dövlətlərin, o cümlədən İranın Azərbaycandakı cəsus şəbəkəsinin ifşa olunaraq zərərsizləşdirilməsi hüquq-mühafizə orqanlarının görəvidir. Eyni zamanda həyata keçirilən hər bir həbs əsaslı və qanuni olmalı, günahsız insanların saxlanmasına rəvac verilməməlidir.

Qarabağda son durum, Ukraynada vəziyyət bə digər proseslər haqda fikir mübadiləsi aparılıb.

Siyasi partiyalar haqqında qanuna edilən mürtəce dəyişikliklərin aradan qaldırılması üçün birgə tədbirlərin təşkili təklif edilib.

Sonda cari məsələlər müzakirə olunub.

Basta