Separatçı rejim Qarabağ ermənilərinin Ermənistana getməsinə məhdudiyyət qoydu
Bundan sonra Qarabağda yaşayan ermənilərin yalnız ən zəruri hallarda Ermənistana getməsinə icazə veriləcək.
Bunu separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyan öz Facebook səhifəsində yazıb.
Ən zəruri halların sırasında Nersisyan “Ermənistanda qohumunun ölümü ilə əlaqədar dəfn mərasimi, ailə üzvünün ağır xəstəliyi, əməliyyat və s. sadalayıb.
Sağlamlıq problemləri olan və tibbi yardıma ehtiyacı olan şəxslərə gəldikdə isə, Nersisyanın sözlərinə görə, onların Ermənistana aparılması yalnız “Səhiyyə Nazirliyinin” göndərişi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəl Nersisyan Azərbaycan tərəfinin Ermənistandan Qarabağa gəlmək istəyən sakinlərə əngəl törətdiyini, əks istiqamətdə gedənlər üçün isə yolu açıq saxladığını bildirmişdi.
Basta