Böyük Britaniya səfiri Müsavat başqanı ilə görüşdü

Aprelin 27-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld Müsavat başqanı Arif Hacılı ilə görüşüb.
Müsavat Partiyasının qərargahında keçirilən görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, insan hüquqları, demokratik inkişafa mane olan amillər, siyasi məhbuslar barədə ətraflı müzakirələr aparılıb.
Həmçinin Qarabağ nizamlanması, regional probleblər Azərbaycanla Birləşmiş Krallıq arasında münasibətlər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı da iştirak edib.
Basta