Müsavat Divanının gündəliyi

Mayın 8-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda ölkədə və dünyada baş verən hadisələr müzakirə olunub.

Ölkə başçısının fərmanı ilə 801 nəfərin əfv edilməsinə baxmayaraq, bir neçə nəfər istisna olmaqla siyasi məhbusların azadlığa buraxılmaması pislənilib.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşdiyi qeyd olunub. Prosesin vasitəçilər olmadan davam etməsi və danışıqların gedişatı barədə hakimiyyət tərəfindən cəmiyyətə məlumat verilməsinin zəruriliyi vurğulanıb.

Türkiyə keçirilən prezident və parlament seçkiləri ərəfəsində siyasi qüvvələr arasından gərginliyin artaraq, vətəndaş qarşıdurması həddinə çatmasından narahatlıq ifadə edilib.

Ukraynada müharibə və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta