Partiya siyahısında yeni azalma
1998-ci ildən dövlət qeydiyyatında olan Milli Konqres Partiyası ləğv edilib. Elan “Yeni Müsavat” qəzetinin 12 may sayında dərc olunub.
Novator.az bildirir ki, 2023-cü ildə daha 15 partiya fəaliyyətinə rəsmən son verib: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Birlik Partiyası, Qorqud Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Yeni Yol Partiyası.
Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.
2023-cü il yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir.
1992-ci ildə qəbul edilmiş əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi.
Novator.az