Arif Hacılı: “Seçkiyə haram qatmasalar, hər şey çox gözəl olacaq”

Bütün dünyanın diqqət mərkəzində olan Türkiyə seçkiləri sona çatır.

Bu seçkilər Türkiyənin bütün islam dünyasında ən demokratik dövlət olduğunu, bəzi məqamlara, xüsusilə cəmiyyətin siyasi fəallığına görə hətta bəzi Avropa ölkələrindən geri qalmadığını təsdiq etdi.

Ümid edirik, inanırıq ki, seçki günü və seçkidən sonrakı günlərdə bəzi qüsurlara baxmayaraq əsasən azad siyasi rəqabət şəraitində keçən seçkilərə kölgə salacaq hər hansı olaylar baş verməyəcək.

Seçki kampaniyası dövrünə aid bəzi nüanslara baxmayaraq hər kəs bilməli və nəzərə almalıdır ki, Türkiyə-Azərbaycan dostluğu seçkilərin istənilən nəticələrindən asılı olmayaraq yenə davam edəcək.

Çünki, bu dostluq ayrı-ayrı siyasi liderlərin, dövlət xadimlərinin, hətta hökümətlərin qarşılıqlı münasibətlərinə deyil, dövlətlərarası, xalqlar arası dostluq münasibətlərinə əsaslanır.

Bizim üçün ən vacib məsələ isə Türkiyədəki seçkilərin demokratikliyinin təmin edilməsi, xalqın iradəsinə əsaslanan hakimiyyət strukturlarının formalaşmasıdır.
Əgər seçkilərin nəticələrinə haram qatılmasa hər şey çox gözəl olacaq!
Türkiyəmiz üçün xeyirli, uğurlu olsun!

 

Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.