Vardanyan Arutunyana qarşı yeni cəbhə açır
Azərbaycanın işğal altında qalan ərazilərində separatçı rejimin rəhbəri Araik Arutunyan ilə sabiq “dövlət naziri” Ruben Vartanyan arasında siyasi qarşıdurma yenidən alovlanır.
Bu gün, mayın 18-də Ruben Vardanyan mətbuat konfransı keçirərək yeni cəbhəni elan edəcək, bu haqda “Hraparak” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, bundan əvvəl Vardanyanın təşəbbüsü ilə separatçı rejimin “parlamentində” təmsil olunan 4 təşkilat “Artsaxın (Qarabağın) xilası planı” hazırlanıb və bir ay əvvəl bu plan Arutunyana təqdim edilib.
“Ya planı həyata keçirin, ya da biz onu həyata keçirəcəyik” deyə, Vardanyan Arutunyana ultimatum verib.
Bu günə planlaşdırılan mətbuat konfransında təşəbbüsə qoşulan 4 təşkilatın nümayəndələri də iştirak edəcək.
Basta