Ukrayna ordusu Baxmutda əks hücuma keçdi

Gün ərzində Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində 150 ​​metrdən 1700 metrə qədər irəliləyib. Bu barədə “Unian” Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun sözçüsü Sergey Çerevatıya istinadən məlumat yayıb.

“Düşmən mövqelərimizə 487 dəfə artilleriya zərbələri endirib. 25 toqquşma, 6 hava hücumu olub. Döyüşlərdə 130 işğalçı məhv edilib, 145-i yaralanıb. Döyüşlər zamanı bölmələrimiz cinahlarda irəliləməkdə davam edir. Bu gün ərzində bəzi istiqamətlərdə 150,  ​​bəzilərində 1700 metr irəliləmişik” – deyə, o bildirib.

Çerevatının sözlərinə görə, “işğalçılara güclü hücuma məruz qalanda özlərini müdafiə etmək üçün hər cür səy göstərsələr də, döyüş meydanından qaçmağa məcbur olurlar”.

Basta