Ərdoğan saxta videoya görə məhkəməyə verildi

Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çelik ölkə başçısı Rəcəb Tayib Ərdoğanı məhkəməyə verdiklərini bildirib.

Cumhuriyet qəzetinin məlumatına görə, Ərdoğan TRT-yə verdiyi müsahibədə prezidentliyə namizəd olan Kamal Kılıçdaroğluna qarşı hazırlanan və mitinqlərdə izlədilən videoların montaj və saxta olduğunu etiraf edib.

Vəkil Cəlal Çelik məhkəmə iddiasında Ərdoğandan 1 milyon TL təzminat tələb edildiyini də açıqlayıb.

Basta