Müsavat başqanı Stokholmdan yazdı
Müsavat Partiyasının başqanı Arif Hacılı və onun müavini Səxavət Soltanlı Avropa Liberal Demokrat İttifaqının (ALDE) İsveçin paytaxtı Stokholm şəhərində keçirilən konqresində iştirak edirlər.
Toplantı ilə bağlı özünün feysbuk səhifəsində paylaşm edən Arif Hacılı bildirib ki, tədbirə Avropanın 30-dan çox ölkəsinin 70-dək siyasi partiya rəhbərləri qatılıb.
“Avropanın gələcəyi, demokratiya və insan haqları, Rusiyanın Ukraynaya təcavüzü, Qarabağ nizamlanması və digər məsələlər barədə müzakirələrimiz bu gün və sabah davam edəcək” – deyə Müsavat başqanı vurğulayıb.
Basta