Türkiyədə seçkilərin ikinci turu – Canlı yayım

Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.

Seçkilərdə Cumhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu mübarizə aparır.

Saat 08:00-dan etibarən ölkə üzrə səsvermə prosesi rəsmən başlayıb. Seçki məntəqələri saat 17:00-da bağlanacaq (Bakı vaxtı ilə 18:00).