Söyüdlü kəndinin girişində polis postları qalmaqdadır
Kənd sakinləri əlavə edib ki, qızıl yataqlarından çirkab sularından yaradılmış süni gölün ətrafında texnika işləyir
Gədəbəyin Söyüdlü kəndinin girişində və çıxışında polis postları qalmaqdadır.
Bu barədə Turana kənd sakinləri məlumat verib.
Onların sözlərinə görə, postlarda əvvəlki qaydada kəndə giriş-çıxışına yalnız kənd sakinlərinə sənədləri təqdim etməklə icazə verilir. “Kəndin içində isə polislər artıq yoxdur”.
Kənd sakinləri əlavə edib ki, qızıl yataqlarından çirkab sularından yaradılmış süni gölün ətrafında texnika işləyir. “Amma orada nə kimi işlərin aparılması bizə deyilmir”.
Xatırlatma
İyunun 20-də Gədəbəy rayonun Söyüdlü kəndin sakinləri “Gədəbəy” yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etiraz ediblər.
Etirazlar zamanı polis müdaxilə edib, nəticədə 10 nəfərə yaxın xəsarət aldığı və 5 nəfər inzibati həbs edildiyi deyilir.
İyunun 22-də isə kəndin girişinə və çıxışına polis postları qurulub. Baş nazir Əli Əsədovun tapşırığı ilə süni gölün insanların sağlamlığına təhlükəli olub-olmadığını yoxlamaq məqsədilə komissiya yaradıldı. Hazırda komissiya işini davam etdirdiyi bildirilir.