Müsavat Divanının gündəliyi
Avqustun 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib, müvafiq tapşırıqlar verilib.
Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi olaraq tanıdıqdan sonra Rusiya Xarici İşlər Nazirliyinin bu mövzuda rəsmi Yerevana münasibətdə təhrikedici açıqlamaları pislənilib.
Azərbaycanda siyasi məhbusların sayının getdikcə artmasından narahatlıq ifadə edilib, onların azad edilməsi bir daha tələb olunub.
Ukraynada gedən müharibə ilə bağlı Türkiyənin vasitəçilik missiyası və digər proseslərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.