Şuşada növbəti kütləvi məzarlıq aşkarlanıb
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Şuşa şəhərindəki keçmiş həbsxananın ərazisində növbəti kütləvi məzarlıq aşkarlanıb.
Dövlət Komissiyasının nümayəndələri, kriminalistlər və ekspertlər kütləvi məzarlıqda iş aparırlar. Məzarlıq avqustun 1-də aşkar edilib. Bu müddətdə ərazidə 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.
Qeyd edək ki, iyunda da həbsxananın ərazisində kütləvi məzarlıq aşkar edilmişdi.
Bundan əlavə, Ağdam rayonunun Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində oxşar kütləvi məzarlıqlar aşkarlanıb
Görünür, aşkar edilmiş insan qalıqları Birinci Qarabağ Müharibəsi zamanı əsir düşmüş azərbaycanlı hərbçilərə və mülki vətəndaşlara aiddir.