Qarabağda erməni fəallar sülhməramlıların yolunu kəsdi
Qarabağda erməni fəallar Rusiya sülhməramlılarının hərbi bazasına gedən yolu bağlayıblar.
“Hraparak” qəzetinin yazdığına görə, onlar Laçın yolunun açılmasını tələb edirlər.
“Biz Rusiya tərəfinə gedən yolu bağlayırıq, sülhməramlıların hərəkəti bizim nəzarətimiz altında olacaq. Suallarımıza cavab alana qədər qalmalıyıq” – deyə, fəal Artur Osipyan Facebook-da yazıb.
Məlumata görə, sülhməramlılar onları yolu açmağa çağırır, əks təqdirdə yolu zorla açacaqlarını bildirirlər.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi erməni tərəfinin blokada ilə bağlı iddialarını əsassız sayır.
“Yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaratmaq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca, 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin intensivləşməsi baş tutmalı idi.
Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər.
İkinci məsələ üzrə isə, Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu. Lakin, 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırdı” – deyə, XİN-in bəyanatında vurğulanır.
Basta