Laçında üç erməni saxlanıldı
Bu gün “Laçın” sərhəd keçid məntəqəsində Azərbaycan bayrağını təhqir edən üç erməni saxlanılıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin Turan-a verdiyi məlumata görə, bu gənclər 2021-ci ildə futbol maçı zamanı Azərbaycan bayrağını tapdalayıblar. Elə həmin vaxt Azərbaycan Baş Prokurorluğu müvafiq maddələrlə cinayət işi açıb.
Öz növbəsində, Ermənistan KİV-ləri “Laçın” sərhəd-keçid məntəqəsində bir gəncin – 22 yaşlı Alen Sarkisyanın saxlanıldığı haqqında məlumat yayıblar.
***
Saxlanılan ermənilər Martuni (Xocavənd) futbol komandasının üzvləridir.
Maraqlıdır ki, bu klub “Avo” adlanır – ASALA-nın məşhur terrorçusu Monte Melkonyan Qarabağda belə çağırılıb.
Birinci Qarabağ müharibəsi zamanı Martuninin müdafiə komandiri məhz o idi.