Azərbaycan-Ermənistan sərhədində gərginlik

Şənbə günü saat 11:00 radələrində Ermənistan ordusunun Sotk istiqamətində yerləşən mövqelərindən Azərbaycanın üzbəüz mövqeləri minaatanlardan atəşə tutulub, Azərbaycan Müdafiə Nazirliyi bildirir.

“Azərbaycan tərəfi cavab tədbirləri görüb”, nazirlik qeyd edir.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin yaydığı “məlumatın növbəti dezinformasiya” olduğunu açıqlayıb.

Qurum bildirir ki, “Azərbaycan bu yolla təxribatın davam etdirilməsi üçün informasiya bazası hazırlayır”.

Azərbaycan-Ermənistan sərhədində cümə günü baş verən atışmalarda Ermənistan Müdafiə Nazirliyi 3 hərbçisinin həlak olduğunu, 2 hərbçisinin yaralandığını, Azərbaycan Müdafiə Nazirliyi isə üç hərbi qulluqçusunun yaralandığını açıqlayıb.

Şənbə günü səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın PUA stansiyasını “məhv etdiyini” açıqlayıb, Ermənistan Müdafiə Nazirliyinin bununla bağlı açıqlaması hələ ki, yoxdur.

Azərbaycan Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqelərində kəşfiyyat uçuşları keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası “məhv edilib”.

hava məkanından istifadə etməklə uçuşlar edən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilib.

Ermənitsan Müdafiə Nazirliyi xəbəri şərh etməyib.

Şənbə günü Azərbaycan Müdafiə Nazirliyi bildirib ki,

“cümə günü Paris-Pekin marşrutu üzrə uçuş edən ABŞ Hava Yollarının B-77L tipli sərnişin təyyarəsinə saat 11:15-dən -11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş edən İsrail Hava Yollarının C-650 tipli sərnişin təyyarəsinə saat 13:30-dan -13:58-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə

yaranıb.

“Baş verənlərlə bağlı Rusiya sülhməramlılarının komandanlığı məlumatlandırılıb”, Azərbaycan Müdafiə Nazirliyi xəbər verir.

BBC