Müsavat Bakının işğaldan azad olunmasının ildönümündə şəhidləri ziyarət edəcək
Sentyabrın 11-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib, müvafiq tapşırıqlar verilib.
Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
Müsavat Partiyasının Divanı Azərbaycanın Qarabağ bölgəsində separatçı qüvvələrin saxta seçkilərinin keçirilməsini sülh danışıqlarına zərbə kimi qiymətləndirib. Sülh danışıqlarının davam etdirilməsinin zəruri olduğu bildirilib.
Ukraynada və dünyada gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.
Divanda 15 sentyabr saat 12-00 da Qafqaz-İslam Ordusu tərəfindən Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlarından azad olunmasının ildönümü ilə bağlı Şəhidlər Xiyabanında Türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin ziyarət edilməsi ilə bağlı qərar qəbul edilib.
Sonda cari məsələlər müzakirə olunub.