Ərdoğan Paşinyanla danışdı
Avqustun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Bu haqda Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.
Bildirilir ki, tərəflər iki ölkə arasında münasibətləri və regional gündəliyin mühüm məsələlərini müzakirə ediblər.
İki ölkənin liderləri regionda davamlı sülh və sabitliyin bərqərar olmasının regionun bütün ölkələrinin inkişafına və rifahına töhfə verəcəyini də vurğulayıblar.
Ərdoğan və Paşinyan bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini bildiriblər.
Paşinyan Ermənistan KİV-nə açıqlamasında danışıqların məzmunlu və faydalı olduğunu bildirib.