Paşinyanın partiyası seçkidə pir qələbəsi qazandı

Ermənistan Mərkəzi Seçki Komissiyası Yerevan Ağsaqqallar Şurasına (paytaxtın nümayəndəli orqanı) bazar günü keçirilən seçkilərin nəticələrini açıqlayıb.

28,46%-lik rekord aşağı seçici fəallığı ilə (824,250 seçicidən yalnız 234,553-ü seçki qutusuna gedib) baş tutan seçkidə hakim Vətəndaş Sazişi partiyası pir qələbəsi qazanıb. Baş nazir Nikol Paşinyanın partiyasına seçicilərin cəmi 32,57%-i (75 463 səs) səs verib ki, bu da həmin siyasi qüvvəyə Ermənistan paytaxtının merini müstəqil şəkildə seçmək imkanı vermir. Yada salaq ki, beş il əvvəl “məxməri inqilab”dan sonra eyforiya fonunda keçirilən paytaxt seçkilərində Paşinyanın partiyası 81,06% (294 109 səs) toplamışdı.

Sentyabrın 17-də keçirilən seçkilərdə  ikinci yeri siyahıya Paşinyanın keçmiş müttəfiqi Hayk Marutyanın başçılıq etdiyi, qərbyönlü fikirlərini gizlətməyən Milli Tərəqqi partiyası tutub. Seçicilərin 18,89%-i (43 765 səs) “Milli Tərəqqi”yə səs verib.

Üçüncü yerdə 15,43% (35 739 səs) ilə rusiyayönlü “Ana Ermənistan” bloku qərarlaşıb. Dördüncü yeri Ermənistanın KTMT-dən çıxmasının tərəfdarı olan “Respublika” partiyası tutub. Bu partiya çox güman ki, paytaxt merini seçmək üçün hakim partiya ilə koalisiya yaradacaq. Onu 11,32% (26,236) dəstəkləyib.

“İctimaiyyətin səsi” partiyası 9,68% (22,431) səs ilə beşinci yeri tutub.

Qalan 9 siyasi qüvvə 5 il müddətinə seçilən İrəvan Ağsaqqallar Şurasına daxil ola bilməyib.

Basta