Azərbaycanlı zabit HƏMAS yaraqlıları ilə döyüşlərdə həlak oldu

Oktyabrın 9-da İsraildə HƏMAS yaraqlıları ilə döyüş zamanı Beer-Şeva şəhərindən olan polis zabiti Emin Axundov həlak olub.

Emin Axundov əslən Sumqayıt şəhərindəndir. İsrailə köçdükdən sonra təhsil almışdı və polisə işə qəbul edilmişdi. Ailəsilə birlikdə Beer Şeva şəhərində yaşayıb.

HƏMAS-ın İsrailə hücumdan sonra müharibəyə çağırılıb. Qəzza zolağı yaxınlığında yaşayış məntəqələrinin terrorçulardan azad edilməsi zamanı həlak olub.

Hazırda İsraildə Azərbaycandan müxtəlif millətlərdən olan 50 minə yaxın adam yaşayır.