Fələstinli qadından HƏMAS-a etiraz
Sosial şəbəkələrdə fələstinli qadın HƏMAS-a etiraz etdiyi video paylaşlıb.
“Həmas başçılarının uşaqları xaricdə dəbdəbəli maşınlarda gəzirlər, amma mənim 4 uşağım öldürüldü. Həmas uşaqlarımızın məhv edilməsinə görə məsuliyyət daşıyır” – deyə, qadın etirazını ifadə edir.
Qeyd edək ki, ötən şənbə HƏMAS-ın İsrailə hücumu nəticəsində azı 1200 nəfər həlak olub, 3 minə yaxın insan yaralanıb. Bundan sonra İsrail Qəzza bölgəsində HƏMAS-a aid hədəfləri məhv etməyə başlayıb, nəticdədə çoxlu sayda dinc fələstinlinin də həlak olduğu bildirilir.