Blinken qanunvericiləri xəbərdar edib ki, Azərbaycan yaxın həftələrdə Ermənistana hücum edə bilər – Politico

 

ABŞ Dövlət katibi Entoni Blinken keçən həftə bir qrup konqresmeni xəbərdar edib ki, onun ofisi Azərbaycanın tezliklə Ermənistana  qoşun yeridə biləcəyi ehtimalını izləyir. Bu haqda “Politico” nəşri “söhbətdən xəbəri olan iki nəfərə” istinadən məlumat yayıb.

Yazıda qeyd olunur ki, sentyabrın 20-də məhz Blinkenin vasitəçiliyi ilə Qarabağdakı lokal əməliyyat dayandırılıb: “Lakin Dağlıq Qarabağ iki Qafqaz ölkəsi arasında yeganə mübahisəli ərazi deyil. Bakı Naxçıvana Ermənistanın cənubundakı, azərbaycanca Zəngəzur kimi tanınan Sünik rayonundan yol açılmasını və İrandan yan keçməsinə imkan verəcək marşrutun işə salınmasını təklif edib. Əliyev bəyan edib ki, “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizini həyata keçirəcəyik”.

“Ermənistanda bu, ərazi iddiaları və ekstraterritorial dəhliz tələbi kimi qəbul edilir”, – çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan Ankara və Bakının sülh anlaşmasına dair artan çağırışlarına cavab olaraq bildirib”.

Yazıda həmçinin qeyd edilir ki, çərşənbə günü verdiyi müsahibədə Əliyevin xarici siyasət üzrə baş müşaviri Hikmət Hacıyev Azərbaycanın Ermənistan ərazisinə hər hansı iddiasının olduğunu təkzib edib. Onun sözlərinə görə, münaqişə riski azdır, çünki son iki həftə Ermənistan-Azərbaycan tarixinin ən sakit həftələri olub: “Çünki, Qarabağda səngərlərdə üz-üzə dayanan əsgərlər qalmayıb. Azərbaycan lokal antiterror kampaniyası vasitəsilə hüquqi, tarixi və mənəvi olaraq bizim olanı bərpa edib və Ermənistan ərazilərini işğal etmək niyyətində deyil”.

Basta