Şahramanyanın qardaşını döydülər – FOTO+VİDEO
Özünü buraxmış Qarabağ separatçılarının qondarma qurumunun Ermənistandakı “nümayəndəliy”inin qarşısında etiraz aksiya keçirənlər son “prezident” Samvel Şahramanyanın qardaşını döyüblər.
Modern.az”Sputnik Armenia”ya istinadən xəbər verir ki, Karen Şahramanyan müxtəlif nahiyələrindən zərbələr alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Qeyd edək ki, Karen Şahramanyan da uzun illər qondarma qurumda müxtəlif “vəzifələr” tutub. O, 2021-ci ildən etibarən separatçı rejimin “aparat rəhbəri” olub.
Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb, Karen Şahramanyan izahat üçün polisə dəvət edilib.