Müsavat Divanının gündəliyi

Noyabrın 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub.

Partiyanın başqanı Arif Hacılı Avstriya Xarici İşlər Nazirliyinin dəvəti ilə Vyanaya rəsmi səfəri haqda məlumat verib.

İclasda qanunsuz olaraq həbs edilən Müsavat Partiyasının üzvü, partiya başqanının oğlu Orxan Hacılının şikayəti üzrə keçirilən apelyasiya məhkəməsi barədə məlumat dinlənilib. Orxan Hacılı, Ülvi Həsənli, Sevinc Vaqifqızı və bütün digər siyasi məhbusların azadlığa buraxılması bir daha tələb edilib.

Azərbaycanda bir sıra hakimiyyətyönlü saytlarda  dövlətimizin vəsaiti hesabına ABŞ-da təhsil alan minlərlə gəncin “agent” və “cəsus” adlandırılmasına etiraz bildirilib. Qeyd edilib ki, xaricdə təhsil alan gənclər Azərbaycanın gələcək həyatına mühüm tövhə verə bilər və onların kütləvi şəkildə heç bir əsas olmadan damğalanması yolverilməzdir.

Ölkədə və regionda cərəyan edən proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsində son durumla bağlı fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta