Şimali Koreya cənuba 200 mərmi atdı

Yanvarın 5-də KXDR ordusu Cənubi Koreyanın Panqyonqdo və Yeonpyonqdo adaları istiqamətinə 200-ə yaxın artilleriya mərmisi atıb. Bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, mərmilər Sarı dənizdə şimal demarkasiya xəttinin yaxınlığında – iki ölkənin faktiki dəniz sərhədi yaxınlığındakı bufer zonasına düşüb.

Seulun məlumatına görə, atəş nəticəsində heç kim xəsarət almayıb. Cənubi Koreya hərbçiləri KXDR-in hərəkətlərini “təxribat” adlandırıb və Pxenyanı dərhal onları dayandırmağa çağırıb.

Şimali Koreyanın hərəkətlərinə cavab olaraq Cənubi Koreya ordusu Sarı dənizdəki sərhəd adalarında atışma təlimləri keçirməyi planlaşdırır.

Seul  Yeonpyonq adasındakı mülki şəxslərin təxliyyəsinə başlayıb.

KXDR hakimiyyəti hələlik Cənubi Koreyanın bəyanatlarını şərh etməyib.

Basta