DünyaManşet

ABŞ senatorları Trampdan qərarın ləğvini tələb edirlər

 

ABŞ Konqresinin yeddi senatoru prezident Donald Trampın Rusiyadan dizel yanacağının idxalına icazə vermək qərarına etiraz edib və onun ləğvini tələb edib.

Bu barədə senatorların birgə bəyanatında bildirilir.

Hər iki partiyanı təmsil edən senatorların sözlərinə görə, ABŞ Konqresi 2022-ci ildə Rusiyanın enerji resurslarının idxalını qadağan edib. Məqsəd Amerika vəsaitlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməsinin qarşısını almaq olub. Onlar hesab edirlər ki, qadağa Rusiyanın Ukraynaya qarşı təcavüzü və NATO müttəfiqlərinə yaratdığı təhlükə aradan qalxanadək qüvvədə qalmalıdır.

Senatorlar Tramp administrasiyasını qərarla bağlı Konqreslə məsləhətləşməməkdə və qanunla nəzərdə tutulan əsaslandırmanı təqdim etməməkdə də ittiham ediblər.

“Rusiya Ukraynada dinc sakinləri öldürməyə davam etdiyi müddətdə ABŞ Putinə maliyyə dəstəyi verməməlidir. Administrasiya qərarına dərhal yenidən baxmalıdır”, – bəyanatda vurğulanıb.

Bəyanatı demokratlar Cin Şahin, Riçard Blumental və Ron Vayden, respublikaçılar isə Syuzan Kollinz, Liza Murkovski, Tom Tillis və Con Kertis imzalayıblar.

Mənbə: ABŞ Senatının Xarici əlaqələr komitəsinin saytı.