Müsavat başqanı: “Azərbaycanın tədricən sivil dünyadan təcrid olunur”
Azərbaycanın ASPA-dakı nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandirdığını bildirib.
Bu barədə yayılan bəyanatda AŞPA irqçilikdə, Azərbaycanofobiya və İslamofobiyada ittiham edilir.
2021- ci ildə Azərbaycanın AŞPA üzvlüyünə qəbul edilməsi hökümətin uğurlu xarici siyasətinin nəticəsi kimi yüksək səslə və uzun müddət təbliğ olunmuşdu…
İndi, 23 il sonra ölkənin Konstitusiyasına və Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olmayan əks proses də düzgün xarici siyasət kimi təbliğ olunur.
Problem yalnız AŞPA ilə münasibətlərə aid deyil. Əslində Azərbaycanın tədricən sivil dünyadan təcrid olunması prosesi gedir ki, bu həm təhlükəsizliyimiz, həm də inkişafımız üçün ağır nəticələrə səbəb ola bilər.
Azərbaycan televiziyalarında və digər plarformalarda qərbə qarşı “stəkanda fırtına” nı xatırladan təbliğat kampaniyaları təşkil etmək yanlış yoldur.
Bu prosesin qarşısını almaq üçün ölkənin daxili və xarici siyasətində ləngimədən fundamental dəyişikliklər edilməlidir.
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb