Şəkidə Müsavat Partiyasının üzvü aclıq aksiyasına görə polisə aparılıb- Yenilənib

Natiq İsrafilli sərbəst buraxılıb.

Müsavat Partiyasının Şəki təşkilatının sədri Bakıxan Qəribli “Basta” ya bildirib ki, Natiq İsrafillidən aclığı dayandırması ilə bağlı izahat alınaraq sərbəst buraxılıb.

***

Bu gün Müsavat partiyasının Şəki şöbəsinin üzvü Natiq İsrafilli polis şöbəsinə aparılıb. O, 7 sentyabr 2020 tarixdən Tofiq Yaqublunun həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Bu barədə Şəki şəhər icra hakimiyyətinə, prokurorluğa və təcili tibbi yardım idarəsinə bildiriş göndərib.

Sentyabrın 8-i şəhər icra hakimiyyətindən zəng edərək problemini soruşublar. Təcili tibbi yardım idarəsindən də bildiriblər ki sizin sənəd poçtla gondərilmədiyi üçün qeydiyyata ala bilmirik. Daha sonra isə saat 16:00 radələrində yaşadığı evə polislər gəlib və Natiq İsrafillini polis şöbəsinə aparıblar. Hələlik polis şöbəsindən heç bir açıqlama almaq mümkün olmayıb.

Xatırladaq ki, Tofiq Yaqubluya sentyabr ayının 3-ü Nizami Rayon Məhkəməsində 4 il 3 ay iş oxunub. Yaqublu xuliqanlıqda ittiham olunur. Yerli və beynəlxalq insan haqları qrupları isə Tofiq Yaqubluya qarşı qərarı siyasi motivli hesab edib. Sentyabrın 2-i son sözündə Tofiq Yaqublu ölüm aclığına başlayıb. O artıq aclıq aksiyasının 7-ci günündədir.

Gözətçi