Azərbaycanın rəsmi şəxsləri Gürcüstandakı seçkilərə qanunsuz müdaxilə edir

Azərbaycan Respublikası vətəndaşlarının, o cümlədən Azərbaycan Respublikasının dövlət qurumlarının vəzifəli şəxslərinin Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi və Bolnisi rayonlarında qanunsuz olaraq Parlament seçkilərinə qarışması, seçki-təbliğat prosesində hakim “Gürcü Arzusu” partiyasının xeyrinə mövge bildirməsi, faktiki olaraq siyasi fəaliyyət göstərmələri aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Xalq qəzeti”min baş redaktoru Əflatun Amaşov qanunsuz olaraq, Gürcüstanın Bolnisi rayonu Talaveri (Faxralı) kəndində hakim “Gürcü Arzusu” partiyasının lehinə siyasi təbliğat aparması faktı ilə bağlı dosye tərtib edilib. Azərbaycan Respublikası vətəndaşı Əflatun Amaşov faktiki olaraq cinayət törədib və Gürcüstana girişinə qadağa qoyulması üçün yetərlidir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov, Bakı Dövlət Universitetinin dosenti Knyaz Aslan İlyas oğlu, Azərbaycan Respublikası vətəndaşı, şairə Buta Ömər qızı Nəbiyeva qanunsuz olaraq Gürcüstanın Dmanisi rayonu Hamalı kəndində siyasi fəaliyyət göstərmiş, hakim “Gürcü Arzusu” partiyasının seçki təbliğatına qoşulmuşlar. Adı çəkilən şəxslər Gürcüstanın milli suverenliyinə, Konstitusional qurluşuna, seçki qanunvericiliyə, demokratiyaya, azad seçki prinsiplərinə qarşı cinayət törətmələri açıq aşkardır və vətəndaşların rəsmi müraciəti əsasında Gürcüstana girişlərində qadağa qoyulması ilə cəzalandırılmalıdır həyata keçrilməlidir.
Adı çəkilən şəxslər barədə xüsusi məktub Avropa Birliyi Xarici Əlaqələr Xidmətinə də göndəriləcək. Əsas məsələ Azərbaycan Respublikası vətəndaşları Əflatun Amaşovun və Fərid Mansurovun Avropa Birliyinə girişlərinə qadağa qoyulmasını təmin etməkdir. Görək “Gürcü Arzusu” bunlara kömək edə biləcəkmi)).

Faktlar video, foto və sənədlərlə ortada…

Yazı Daşqın Gülməmmədovun feysbuk səhifəsindən götürülüb.