AİHM Müsavat Partiyasının hüquqlarının pozulduğunu təsdiq edib

Yanvarın 16-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Müsavat Partiyasından iki ərizə ilə bağlı qərarlarını açıqlayıb. Şikayət Azərbaycan hakimiyyətinin dinc toplantı keçirilməsinə icazə verməməsi ilə əlaqədar verilib.

Partiya bunu toplaşmaq və səmərəli müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusunu hesab edib, xəbəri aihmaz.org hüquqi informasiya saytı yayıb.

Ərizələrin kommunikasiyası zamanı ərizəçi partiyanın dotca anlaşma təkliflərini rədd etməsindən sonra hökumət məhkəməyə təktərəfli bəyannamə təqdim edib. Bəyannamədə ərizəçi partiyaya təzminat ödənilməsi, ərizələrin baxılacaq işlərin siyahısından çıxarılması təklif olunub. Məhkəmənin qəbul etdiyi həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət ərizəçi partiyaya hər ərizə üzrə 1350 avro (cəmi 2700) mənəvi zərər əvəzi və hər ərizə üzrə 225 avro (cəmi 450) hüquqi xərclər əvəzi ödəməlidir.

Partiyanı AİHM qarşısında vəkil Nemət Kərimli təmsil edib.