İsa Qəmbər ağırlığı altında əzilənlər

İlham Həsən

Hörmətli İsa bəyi Milli azadlıq hərəkatından tanıyıram. Milli dəyərlərə üstünlük verməsi, təmkinli davranışı, vaxtında verilmiş ağıllı qərarları,yüksək mədəniyyəti və intelekti onu digər siyasətçilərdən fərqləndirərdi. Xalq hərəkatı vaxtı, hakimiyyətdə olduğu vaxt və 93- cü ildən sonra apardığı sabit siyasət, göstərdiyi performans onun nə qədər böyük siyasətçi ,dövlət adamı və Azərbaycanımızın son yüz ildə yetişdirdiyi 2-3 ziyalıdan biri olduğunu subut etmişdir. Bunun həm də Avropa ölkələrinə səfəri və dövlət adamları ilə görüşlərində də şahidi olmuşam.

Bəzən haqlı haqsız çox sərt tənqidlərə məruz qalır ki, bunu da başa düşmək olur.  Çünki xalqımız bəlkə də tək güvəndiyi, ümid bağladığı bir siyasi lider kimi İsa bəydən çox şeylər gözləyir. Ölkəmizdəki hal hazırkı ağır iqtisadi böhrandan (passiv də olsa), qanunsuzluqdan, korrupsiyadan, özbaşınalıqdan narazı olan xalqımızın gözləntisi İsa bəydən bir lider kimi ölkəni bu qeyri müəyyən vəziyyətdən çıxarmaq, milli, hüquqi dövlətçiliyimizi bərpa etməkdir. Əfsuslar olsun ki, əksər soydaşlarımız ya qorxudan, ya da laqeyidlikdən anlamaq istəmirlər ki, bunun gerçəkləşməsi üçün hamılıqla aktiv mübarizəyə qoşulmalı və İsa bəyin yanında olmalıdırlar. Aydın məsələdir ki, hakimiyyət tərəfindən yaradılan qorxu hofu, əsassız həbslər, çörəklə imtahana çəkilmələr insanlarımızı qorxutduğu üçün hakimiyyəti qınamaqdan insanlarımızı çəkindirir.

Ətrafımızı saran pis niyyətli, Azərbaycanı kölə kimi görmək istəyən, onun sərvətlərini yemək istəyən şər qüvvələrin nə qədər güclü olduğunu görəndə, milli birliyə nə qədər eytiyacımız olduğunu daha aydın görmək olur.
Təəsüf ki , ölkəmizin inkişafını istəməyən şər qüvvələr həmişə olduğu kimi yenə xırda mənsəbin, xırda sərvətin köləsi olan bəzi sapı özümüzdən olan manqurtların əli ilə milli qüvvələri, xüsusi ilə onun lideri olan İsa Qəmbəri özlərinin uydurduqları saxta ittihamlarla gözdən salmağa çalışaraq milli birliyə gedən yolu baltalamağa çalışırlar. Xirtdəyinə qədər çirkaba batmış bu məxluqlar 5-10 manat qarşılığında imperiyaya boyun əyməyən, ölkəsini azad , ədalətli görmək istəyən təmiz insanlarımızı ləkələməyə çalışmaqla öz çirkin, kölə sifətlərini gizlətməyə çalışlrlar. Amma zaman hər şeyin əlacı olmaqla bərabər həm də gec də olsa o maskaların da yırtılmasına səbəb olur, olacaq.

İsa Qəmbər də öz əsaləti, təmkini, uzaq görənliyi ilə xalqımıza doğru istiqamət verərək böyüklüyünü qoruyub saxlayacaq! Sındırılmış, mənliyini pula vəzifəyə satmış, xalqı çaşdırmağa çalışan o kiçik adamlar isə ömrü boyu İsa Qəmbər ağırlığı altında əzilərək əziyyət çəkəcəklər.

Azərbaycan milli qüvvələrinin arzuladıqları, uğrunda bütün məhrumiyyətlərə qatlaşdıqları milli dövlətçiliyi yaxın zamanda bərpa edəcəklərinə tam əminəm! Xalqımız  o ədalətli dövlətdə yaşamaqdan zövq alacaq və çörək pulu qazanmaq, müalicə, təhsil üçün nə Avropaya, nə də Rusiyaya üz tutacaq!