Əkrəm İmamoğlu korrupsiya ittihamı üzrə bəraət aldı
Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başqanı və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu Beylikdüzü meri vəzifəsində işlədiyi müddətlə bağlı “tender saxtakarlığı” ittihamlarından bəraət aldı.
Məhkəmə, İmamoğlu və işdə mühakimə olunan Beylikdüzü Bələdiyyəsinin digər altı işçisinin “cinayət üçün hüquqi elementlərin olmaması” səbəbi ilə bəraət alması barədə qərar verdi.
Qeyd edək ki, Əkrəm İmamoğlu CHP-nin onu Türkiyə prezidentliyinə namizədliyini irəli sürəcəyi bəlli olduqdan sonra həbs edilib. CHP onun siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

