Facebook guya vurulmuş Azərbaycan helikopteri haqqında ermənilərin feykini ifşa edib

Nəşrin müəllifi Suriyada vurulmuş helikopterin rəsmini Dağlıq Qarabağda məhv edilmiş Azərbaycan helikopteri kimi qələmə verirdi. Reuters Fact Check layihəsinin rəyi belədir.

Facebook administrasiyası nəşri “etibarsız” nəşr kimi işarələyib, xəbəri “Kavkazskiy uzel” yayıb.

Alov bürümüş helikopteri əks etdirən videogörüntülərin yer aldığı nəşr təkcə Facebook-da deyil, həm də Twitter-də yayılıb. Bir gün ərzində bu feyk erməni istifadəçilərdən yüzlərlə layk alıb.

Bunun Qarabağda vurulan Azərbaycan helikopteri olduğu iddia edilirdi. Əslində isə bu video Suriyada yaxşı məlum olan hadisənin görüntüsüdür. Helikopter fevral ayında Nayrab şəhəri üzərində vurulub, bu barədə Reuters agentliyi sentyabrın 29-da öz saytında məlumat yayıb.

Materialda skrinşotu götürülmüş videoya istinad edilib. Material fevralın 11-də dərc edilib.

Facebook rəhbərliyi ReutersFactCheck layihəsini maliyyələşdirir. Bu layihə çərçivəsində məşhur agentliyin əməkdaşları istifadəçilərin sosial şəbəkələrə yüklədikləri foto və videogörüntülərin etibarlılığı yoxlanılır.

Layihə iştirakçılarının rəyləri əsasında Facebook bu və ya digər nəşrləri feyk olaraq işarələyir və ya onların prioritetliyini azaldır ki, bu nəşrləri mümkün qədər az istifadəçi görsün. 

Turan