Füzuli və Ağdərə istiqamətlərində erməni mövqelərinə artilleriya zərbələri endirilib

Sentyabrın 30-da Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub. Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib. Düşmən burada da canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

Bastainfo.com