Bakı Günü qeyd edildi
Sentyabrın 15-də Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Bakının işğaldan azad olunmasının 108-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında yerləşən Türk Şəhidliyi ziyarət ediblər.
Partiya nümayəndələri Türk Şəhidliyində uyuyan şəhidlərin məzarları önünə gül dəstələri qoyub, onların xatirəsini ehtiramla yad ediblər.
Müsavat başqanı İsa Qəmbər abidə önündə çıxış edib.

O, 15 sentyabr qələbəsinin Azərbaycan tarixində rolunu vurğulayıb və bu günün dövlət bayramı kimi qeyd edilməsinin vacibliyini vurğulayıb.
Çıxışda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olan türk əsgərlərinin xatirəsinin daim uca tutulmasının vacibliyi qeyd olunub.
Tədbir iştirakçıları dövlət himnini oxuyublar.


