Müsavat Divanının gündəliyi
Yanvarın 26-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda əvvəlcə görülən işlər və keçirilən tədbirlər barədə məlumat dinlənilib.
Müsavat Partiyası üzvlərinin Bakı, Sumqayıt və Şəki şəhərlərində, eləcə də Cəlilabad, Biləsuvar, Ağsu, Zaqatala və Neftçala rayonlarında Şəhidlər Xiyabanını ziyarət etməsi müsbət qiymətləndirilib.
Yanvarın 31-də saat 12:00-da Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümü ilə əlaqədar onun Novxanı kəndindəki abidəsi önündə anım tədbirinin keçirilməsi barədə qərar qəbul olunub. Həmin tədbirə hazırlıqla bağlı müəyyən tapşırıqlar verilib.
Siyasi məhbusların məhkəmə prosesləri barədə məlumat dinlənilib.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin 2025-ci ilə dair ötən həftə açıqlanan hesabatında Azərbaycan 2007-ci ildən bəri ilk dəfə “Ən çox jurnalist həbs edən ölkələr siyahısı”na daxil olub. Divan əsassız olaraq həbs edilən jurnalistlərin azad olunmasını bir daha tələb edib.
Dünyada və regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə edilib.

